Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

Trend xəbər verir ki, bu barədə Əminə Ərdoğan tvitter hesabında paylaşım edib.

“Sizin dərdiniz bizim dərdimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. İlk gündən humanitar yardım təyyarələri ilə, xüsusilə də axtarış-xilasetmə qrupları ilə bizimlə olan Azərbaycana və dəyərli dostum Mehriban Əliyevaya dəstəyə görə təşəkkürümü bildirirəm”, – deyə paylaşımda qeyd edilib.

ƏvvəlkiGürcüstanın Baş naziri Münxen konfransında regiondakı təhlükəsizlik məsələlərindən danışacaq
NövbətiAzərbaycanda 17 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib