Görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyi ilə əlaqədar dəyirmi masa təşkil olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi “Yubileylər silsiləsi” layihəsini davam etdirir.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, növbəti səyyar dəyirmi masa kitabxananın əməkdaşı Elnarə Qarayeva tərəfindən Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunub.

Dəyirmi masada kitabxana əməkdaşı bəstəkarın həyatı və yaradıcılığı haqqında məlumat verib, həmçinin oxucuların mövzu ilə bağlı suallarını cavablandırıb.

Sonra kitabxanaçı oxucuları bəstəkarın kitabxananın fondunda olan kitabları ilə tanış edib.