Gimnastımız Fransada keçirilən Qran-pri yarışında gümüş medal qazanıb

Bədii gimnastımız Zöhrə Ağamirova Fransada keçirilən Beynəlxalq Qran-pri yarışında gümüş medala layiq görülüb.

Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Bildirilib ki, bədii gimnastika üzrə Azərbaycanın yığma komandasının üzvü Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü Beynəlxalq Qran-pri yarışında çoxnövçülük proqramında gümüş medala layiq görülüb.

Yarış aprelin 7-dən 9-dək davam edəcək.

Zöhrə Ağamirova ilə yanaşı, Azərbaycanın böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandasının üzvləri – Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina da Qran-pridə mübarizə aparır.

Əvvəlkiİsrail Fələstin ərazilərinin blokadasını uzatmaq qərarına gəlib
NövbətiFormula 1: Bu gecədən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyata bağlı olacaq