İsrail Fələstin ərazilərinin blokadasını uzatmaq qərarına gəlib

İsrailin müdafiə naziri Yoav Qalant İordan çayının qərb sahilində Fələstin ərazilərinin blokadasını və Qəzza zolağı ilə sərhəddəki keçid məntəqəsinin bağlanmasını aprelin 13-dək uzadıb.

Trend-in məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

İsrail hərbçiləri yəhudilərinin Pesah bayramının ilk günü aprelin 5-i saat 17:00-dan etibarən Fələstin ərazilərini blokadaya alıb. Keçid məntəqəsinin açılışı və blokadanın götürülməsi aprelin 9-da gecə yarısı baş verməli idi.

ƏvvəlkiTÜRKSOY-a üzv ölkələrin nümayəndələri Şuşa qalası və Cıdır düzündə olublar
NövbətiGimnastımız Fransada keçirilən Qran-pri yarışında gümüş medal qazanıb