Formula 1: Bu gecədən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyata bağlı olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) aprelin 28-30-da təşkil olunacaq Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.

BŞH-dən AZƏRTAC-a bildiriblər ki, bu gecə saat 22:00-dan etibarən Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyata bağlı olacaq.

BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.

ƏvvəlkiGimnastımız Fransada keçirilən Qran-pri yarışında gümüş medal qazanıb
NövbətiAzər Paşa Nemətov vəfat edib, onunla vida mərasimi aprelin 10-da keçiriləcək