“Yarımçıq təhsil, erkən nikah… SONU GÖRÜNMƏYƏN GƏLƏCƏK!” adlı layihəsi üzrə  tədbir keçirildi

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Gender Bərabərliyi” İctimai Birliyi “Yarımçıq təhsil, erkən nikah… SONU GÖRÜNMƏYƏN GƏLƏCƏK!” adlı layihəsi üzrə  tədbirlərini həyata keçirir.

Gender Bərabərliyi İB Lənkəran rayonunda iki tədbir həyata keçirdi. 1-ci tədbir Lənkəran Şəhər Gənclər və İdman idarəsində, 2-ci tədbir Lənkəran Dövlət Universiteti nəzdində Sosial  və Aqrar Texnoloji kollecdə keçirildi. Tədbirdə Lənkəran Şəhər Gənclər və İdman idarəsinnin sədr müavini Yusif Xamiyev, psixoloq Zülfiyyə Əliyeva, Kollecin ictimayətlə əlaqələr üzrə direktor köməkçisi Cəmil Quliyev, Dini qurumlarla DK Lənkəran bölgəsi üzrə əməkdaşı Səyyad Babakişiyev iştirak etdi.

Gender Bərabərliyi İB-nin sədri, layihə rəhbəri Şəkərxanım Əliyeva , ekspert Şərqiyə Dadaşova və hüquqşünas Araz Nurməmmədov  aidiyyatı üzrə cıxış etdilər. Layihədə əsasən gənc qızların yarımçıq qalan təhsillərinə səbəb olan halların müəyyən edilməsi və valideynlərin qızların təhsil almaqlarına sövq edilməsinə təşəbbüslərin hazırlanması, erkən və qeyri-rəsmi nikahın hüquqi problemləri və saglamlığa ziyanları haqqında  maarifləndirmə aparıldı. Tədbir gənclər arasında maraqla qarşılandı.

 

 

 

ƏvvəlkiKiyevdə yaşayış binası raketlə vurulub, sakinlər təxliyə edilib
NövbətiDüşmənlə məxfi əməkdaşlıq edən şəxs ifşa edilib