Filarmoniyada Xalq artisti Tükəzban İsmayılovanın 100 illiyi qeyd olunub

Мüslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, “Şöhrət” ordenli ifaçı Tükəzban İsmayılovanın 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət və Mahnı və Rəqs ansamblının instrumental heyəti (bədii rəhbər – Xalq artisti Ağaverdi Paşayev, musiqi rəhbəri – Mahir İbrahimov) və konsertmeysterlər – Əməkdar artistlər Ələkbər Ələkbərov (tar), Xəyyam Məmmədovun (kamança) müşayiəti ilə solistlər – Əməkdar artistlər Almaz Orucova, Sevinc Sarıyeva, Nuriyyə Hüseynova, Arzu Əliyeva, Ehtiram Hüseynov, xanəndələr Eldəniz Məmmədov, Rəvanə Qurbanova, Murad Laçın, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Kamran Şəkərov öz ifalarının musiqisevərlərə təqdim ediblər.

Proqramda Tükəzban İsmayılovanın repertuarından təsniflər, bəstəkar və xalq mahnıları səslənib.

ƏvvəlkiMilli Məclis Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
NövbətiAzərbaycanda prezidentliyə namizədliyini irəli sürənlərin sayı 15-ə çatıb