Filarmoniyada mövsümün yekun konserti – “İncə Sənətlə üz-üzə”

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Yay zalında mövsümün yekun konserti – “İncə Sənətlə üz-üzə” adlı musiqi proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konsertdə baş dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri yüksək peşəkarlıq nümayiş etdirərək zəngin proqramla çıxış edib. Axşamın xüsusi qonağı və solisti Xalq artisti Murad Hüseynov (fortepiano) olub.

Musiqi proqramında dünya klassik musiqisinin müxtəlif dövrlərini əhatə edən seçmə əsərlər səsləndirilib.

Beləliklə, “İncə Sənətlə üz-üzə” adlı mövsümün yekun konserti klassik musiqinin ecazkar nümunələrini bir araya gətirərək dinləyicilərə unudulmaz sənət axşamı yaşadıb. Proqram həm yüksək ifaçılıq məharəti, həm də zəngin musiqi repertuarı ilə mövsümün uğurlu yekunu kimi yadda qalıb.

ƏvvəlkiSöhrab Sobhani: Azərbaycandakı yüksək dini dözümlülük və tolerantlıq mühiti böyük rəğbət doğurur
NövbətiAzTU-da beynəlxalq elmi müsabiqə – qalib Berlində ölkəmizi təmsil edəcək