Azərbaycanda prezidentliyə namizədliyini irəli sürənlərin sayı 15-ə çatıb

Prezidentliyə namizəd olmaq üçün daxil olan müraciətlərin sayı 15-ə çatıb.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bugünkü iclasında deyib.

Onun sözlərinə görə, 7 namizədin müraciəti artıq təsdiqlənib, 8-nin müraciətinin təsdiqi üçün işlər görülür.

ƏvvəlkiFilarmoniyada Xalq artisti Tükəzban İsmayılovanın 100 illiyi qeyd olunub
NövbətiNaxçıvan “Snow fest – Qış festivalı”na hazırlaşır