Naxçıvan “Snow fest – Qış festivalı”na hazırlaşır

Bu il Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı tam fərqli bir atmosferdə, daha yüksək coşqu ilə qeyd ediləcək.

“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan şəhəri ilk dəfə keçiriləcək “Snow fest – Qış festivalı”na hazırlaşır.

Nəinki Naxçıvan sakinlərinin, eləcə də şəhərin qonaqlarının səbirsizliklə gözlədiyi festivalın hazırlıq mərhələsi demək olar ki, bitmək üzrədir. Və hər kəs dekabrın 25-ni, festivalın başlayacağı günü gözləyir.

Festivalın keçiriləcəyi ərazinin ümumi görünüşünə uyğun, bayram əhval-ruhiyyəsində bəzədilmiş 30-a yaxın köşk quraşdırılıb.

Naxçıvanda ilk dəfə qurulan qış şəhərciyində müxtəlif xidmətlər və təamlarla tanış ola bilərsiniz. Burada milli mətbəximizlə yanaşı, dünya təamlarından da dada bilərsiniz. 25 dekabrdan 7 yanvaradək keçiriləcək tədbirin hər günündə müxtəlif sürprizlər və yeniliklər olacaq.

ƏvvəlkiAzərbaycanda prezidentliyə namizədliyini irəli sürənlərin sayı 15-ə çatıb
NövbətiTürkiyənin altı hərbçisi şəhid olub