Erlinq Holann Mançester derbisində komandasına qələbə qazandırıb

İngiltərə Premyer Liqasının IV turunda derbi oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Mançester Yunayted” doğma meydanda “Mançester Siti” ilə qarşılaşıb.

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 60-cı dəqiqədə norveçli hücumçu Erlinq Holann vurub.

Hazırda “şəhərlilər” 12 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Qırmızı şeytanlar” isə 4 xalla on üçüncü yerdədir.

ƏvvəlkiTürkiyənin “ROKETSAN” şirkəti ballistik raketlərin siyahısını genişləndirməyi planlaşdırır
NövbətiPrezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib