Ədliyyə sözçüsü: “Tehran prokuroru Azərbaycan səfirliyinə hücum edənə ən ağır cəza istəyb”

“Tehran prokuroru ittihamnamədə Azərbaycan səfirliyinə hücum edən şəxsin ən ağır cəzaya məhkum edilməsini istəyib”.

“Report” “İndependentpersian”a istinadən xəbər verir ki, bunu İran Ədliyyə Nazirliyinin sözçüsü Məsud Satayişi deyib.

Onun sözlərinə görə, ittihamnamə məhkəməyə göndərilib.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.

ƏvvəlkiPrezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
NövbətiPrezident İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib