İran Hörmüz boğazından keçməyə cəhd göstərən Tailanda məxsus gəmiyə hücum edib

İran silahlı qüvvələri Hörmüz boğazından Tehranın icazəsi olmadan keçməyə cəhd göstərdiyi iddia edilən Tailand bayrağı altında üzən gəmiyə hücum edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, gəmi İran Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına əməl etməyərək boğazdan keçməyə cəhd edib. Bundan sonra İran qüvvələri gəmiyə zərbələr endirib.

Hadisə nəticəsində dəyən ziyan və ya insan tələfatı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

ƏvvəlkiPrezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
NövbətiAzərbaycanın və Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər