Dünya çempionatı: Azərbaycan güləşçisi medal görüşündə uduzub

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal qazana bilməyib.

“Report”un məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Serbiya təmsilçisi Hetik Tsabolova uduzub.

Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək üçün daha qarşılaşmada qüvvəsini sınayacaq.

79 kq-dakı Orxan Abbasov medal qarşılaşmasında İran idmançısı Məhəmməd Nokhodilarimiyə yenilərək beşinci yerlə kifayətlənib. 92 kq-dakı Osman Nurmaqomedov isə finalda uduzaraq gümüş medal əldə edib.

Daha əvvəl 97 kq-dakı Maqomedxan Maqomedov finala yüksəlməklə olimpiada üçün lisenziya qazanmışdı.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.

ƏvvəlkiTeymur Rəcəbov Levon Aronyanın təxribatçı bəyanatına cavab verib
NövbətiBayden ABŞ vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb