Dünya Bankının rəhbəri koronavirusa yoluxub

Dünya Bankının (DB) prezidenti Devid Malpasın COVID-19 testi müsbət çıxıb.

Trend “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə D.Malpasın bankın əməkdaşlarına ünvanladığı məktubda deyilir.

Məlumata görə, DB rəhbərində koronavirusun yüngül simptomları müşahidə olunur və o, özünütəcrid qaydalarına uyğun olaraq, fəaliyyətini evdən davam etdirir.

66 yaşlı Devid Malpasın tam peyvənd kursunu qəbul etdiyi bildirilir.

ƏvvəlkiErmənistanda əsgər güllələnərək öldürülüb
NövbətiAzərbaycan yığmasının kapitanı Ayşən Abduləzimova Macarıstan çempionu olub