Azərbaycan yığmasının kapitanı Ayşən Abduləzimova Macarıstan çempionu olub

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının kapitanı Ayşən Abduləzimova “Vaşaş” klubunun heyətində Macarıstan çempionu olub.

AZƏRTAC xəbər verir ki, voleybolçumuzun komandası final seriyasında “Bekeşçaba”ya ümumi hesabda qalib gəlib – 3:2. Rəqib komandanın meydanında keçirilən həlledici – beşinci görüşdə “Vaşaş” 3:0 hesabı ilə qalib gələrək çempion adını qazanıb. Oyunda A.Abduləzimova 9 xal toplayıb.

Beləliklə, “Vaşaş” qızıl het-trikə imza atıb. Komanda ölkə çempionluğu və kubokunu qazanıb, həmçinin Mərkəzi Avropa Zonal Assosiasiyasının (MEVZA) turnirinin qalibi olub.

ƏvvəlkiDünya Bankının rəhbəri koronavirusa yoluxub
NövbətiABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng edib