Ermənistanda əsgər güllələnərək öldürülüb

Mayın 11-də Ermənistanın şərq istiqamətində yerləşən N saylı hərbi hissənin döyüş postlarından birində sıravi əsgər Argişti Armenoviç Yeqyanın meyiti aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı əsgər sinəsindən güllə yarası alıb.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiTramp məhkəməyə hörmətsizliyə görə 110 min dollar cərimələnib
NövbətiDünya Bankının rəhbəri koronavirusa yoluxub