Dominikanda partlayışdan ölənlərin sayı 25-ə çatıb

Dominikan Respublikasının cənubundakı San-Kristobal əyalətində partlayış nəticəsində ölənlərin sayı 25-ə yüksəlib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İdarəsinin rəisinin müavini Delfin Rodriges yerli SIN telekanalına açıqlayıb.

“Milli səhiyyə sisteminin məlumatına görə, artıq xəstəxanada keçinənlər də daxil olmaqla ölmüş 25 nəfər məlumdur”, – o, telekanala deyib.

Xatırladaq ki, daha öncə “CNN Espanol” telekanalı Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli nümayəndəliyinə istinadən 12 nəfərin öldüyünü və 65 nəfərin yaralandığını bildirmişdi. Eyni məlumata görə, 55 nəfər itkin düşmüş hesab edilir.

Partlayış avqustun 14-də plastmas istehsalı zavodunda baş verib.

ƏvvəlkiHikmət Hacıyev: “Azərbaycana hərbi dəstəyi məhdudlaşdırmaq cəhdləri ABŞ Konqresinin nümayəndələri tərəfindən edilib”
NövbətiBakı metrosunda maşinistin idarəetmə pultunda işarəvermə sistemi işə düşüb, sərnişinlər vaqonlardan düşürülüb