Dekabrın 15-də Azərbaycanda COVID-19 əleyhinə 276 doza vaksin vurulub

Dekabrın 15-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 276 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 97, ikinci doza vaksinlərin sayı 33, üç və daha çox doza vaksinlərin sayı 119, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 27-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 926 min 818, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 394 min 257, ikinci mərhələ üzrə 4 milyon 874 min 854, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 393 min 408, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 299-dur.

ƏvvəlkiAzərbaycanda koronavirusa daha 115 nəfər yoluxdu
NövbətiDanimarkada yeni koalisiya hökuməti təqdim edilib