Azərbaycanda koronavirusa daha 115 nəfər yoluxdu

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 115 yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 825 min 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 695 nəfər müalicə olunaraq sağalıb, 9 min 989 nəfər vəfat edib. Aktiv xəstə sayı 466 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 834, bu günə qədər isə ümumilikdə 7 milyon 401 min 826 test icra olunub.

ƏvvəlkiSülhməramlıların təchizat avtomobilləri Laçın-Şuşa yolundan maneəsiz keçib
NövbətiDekabrın 15-də Azərbaycanda COVID-19 əleyhinə 276 doza vaksin vurulub