Danimarkada yeni koalisiya hökuməti təqdim edilib

Danimarkanın Baş naziri Mette Frederiksen cümə axşamı noyabrda keçirilmiş parlament seçkilərindən sonra yaradılmış yeni koalisiyalı mərkəzçi hökuməti təqdim edib.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyinin yeni rəhbəri keçmiş baş nazir Lars Rasmussen olub, müdafiə naziri postunu isə liberalların lideri Yakob Elleman Yensen tutub.

Hökumətdə ümumilikdə 23 nazirlik var. Baş nazir Frederiksenin rəhbərlik etdiyi sosial demokratlar 11, liberallar 7, Mötədil Koalisiya Partiyası isə 5 nazir portfeli əldə edib.

Xatırladaq ki, Danimarkada seçkilər noyabrın 1-də keçirilib. Seçkilərin nəticələrinə əsasən, çoxluq koalisiyasını yaradan üç partiya parlamentdəki 179 yerdən 89-na sahib çıxıb. Onları həmçinin Qrenlandiya və Farer adalarını təmsil edən 4 deputat da dəstəkləyir.