Danimarkadakı Türk səfirliyi qarşısında Qurani-Kərimə hücum olub

Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimə qarşı hücum təşkil edilib.

Trend-in TurkicWorld-a istinadən verdiyi məlumatına görə, təxribatı irqçi “Danske Patrioter (Danimarka Patriots)” qrupunun üzvüləri həyata keçirib.

Daha sonra qrup İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimi yandırıb. İslam əleyhinə pankartlar açıb, şüarlar səsləndirən qrup üzvləri sosial media hesablarında bu anları canlı yayımlayıblar.

Məlumat üçün qeyd edək ki, qrupun təxribatları polisin himayəsi altında həyata keçirilib.

ƏvvəlkiPolşa Belarusla sərhədə xüsusi qrup yerləşdirib
NövbətiZəngilanın Ağalı kəndinə köçürülən növbəti 22 ailəyə evlərinin açarları təqdim edilib