Danimarka diplomatı yenidən Türkiyə XİN-ə çağırılıb

Danimarkanın Ankaradakı müvəqqəti işlər vəkili yenidən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona Quranın təhqir olunması ilə bağlı etiraz edilib.

Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb bəzi müsəlman ölkələrinin səfirlikləri qarşısında Quranın yandırılmasının davam etməsidir.

Bildirilir ki, bundan əvvəl avqustun 18-də, 21-də və 22-də səfir Xarici İşlər Nazirliyə çağırılıb.

ƏvvəlkiKİV: Priqojinin təyyarəsi raket vasitəsi ilə vurulub
NövbətiCəlilabadda bu mövsüm 160 min tona yaxın kartof tədarük olunub