Dağıstanda matəm elan olunub

Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxsaylı tələfatla əlaqədar matəm elan olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dağıstanın başçısı Sergey Melikov məlumat verib.

Xatırladaq ki, avqustun 14-də axşam Mahaçqalada avtoservisdə yanğın baş verib. Sonradan alov yaxınlıqdakı yanacaqdoldurma məntəqəsində keçib və partlayış baş verib.

Hadisə nəticəsində 27 nəfər həlak olub, 100 nəfər xəsarət alıb. Ölənlərin üçü uşaqdır.

Hadisə ilə bağlı cinayət işi açılıb.

ƏvvəlkiMahaçqalada avtoservisdə partlayış baş verib, azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb
NövbətiBaş nazir Əli Əsədov Dağıstan Respublikasının rəhbərinə başsağlığı verib