Mahaçqalada avtoservisdə partlayış baş verib, azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində “Globus” ticarət mərkəzinin yaxınlığında yerləşən avtoservis binasında partlayış baş verib, azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya teleqram kanallarında məlumat yayılıb.

Xilasetmə xidmətləri hadisə yerindədir.

Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım xidmətləri göndərilib.

Əvvəlkiİrandakı terrora görə 10 əcnəbi saxlanıldı
NövbətiDağıstanda matəm elan olunub