Baş nazir Əli Əsədov Dağıstan Respublikasının rəhbərinə başsağlığı verib

Avqustun 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Əli Əsədov Dağıstan Respublikasının rəhbərinə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.

ƏvvəlkiDağıstanda matəm elan olunub
Növbətiİlham Əliyev Vladimir Putinə başsağlığı verib