İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.

“Report”un məlumatına görə, mətndə deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən çox kədərləndim.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanlara şəfa diləyirəm”.

ƏvvəlkiBaş nazir Əli Əsədov Dağıstan Respublikasının rəhbərinə başsağlığı verib
NövbətiSabah Bakıda 39, rayonlarda 41 dərəcəyədək isti olacaq