Çövkən üzrə dünya çempionatı: Azərbaycan millisi Qazaxıstanı məğlub edib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan çövkən üzrə dünya çempionatında II turun oyunları keçirilib.

“Report”un məlumatına görə, Binə Atçılıq Mərkəzində təşkil olunan yarışın ikinci günündə 3 qarşılaşma baş tutub.

İlk görüşdə Azərbaycan və Qazaxıstan yığmaları üz-üzə gəliblər. Matç millimizin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Günün digər oyunlarında Mərakeş Polşanı 4:0, Özbəkistan isə Türkiyəni 3:0 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, Azərbaycan yığması ötən gün ilk turda Türkiyə üzərində 7:1 hesablı qələbə qazanıb. Dünya çempionatına noyabrın 8-də keçiriləcək 3-cü yer uğrunda oyun və final görüşü ilə yekun vurulacaq.

ƏvvəlkiCeyhun Bayramov Rumıniya Senatının sədrini bölgədəki vəziyyət barədə məlumatlandırıb
NövbətiFahrettin Altun: ATNA-nın yaradılması Türk dünyası həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm addımdır