“Cırtdan” balacaları Şuşa Teatrında yenidən qarşılayacaq

Sentyabrın 9-da yeni teatr mövsümündə Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi növbəti dəfə balacalar üçün “Cırtdan” tamaşasını təqdim edəcək.

Bu barədə AZƏRTAC-a Şuşa Dövlət Musiqili Dram Teatrından məlumat verilib.

Bildirilib ki, uşaqlara maraqlı anlar bəxş edəcək səhnə əsəri balacaların bədii-estetik zövqünün formalaşması, eyni zamanda, onlarda kiçik yaşlarından yaradıcı sənətə məhəbbət və maraq aşılamaq məqsədilə hazırlanıb.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

ƏvvəlkiAzərbaycan XİN Nikol Paşinyana cavab verdi
NövbətiDİM: 6 ali təhsil müəssisəsində plan yeri 100 faiz dolub