DİM: 6 ali təhsil müəssisəsində plan yeri 100 faiz dolub

Ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 6-da (Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, Əmək və Sosial Münasibətlər Akademiyası) plan yerləri 100 faiz, 23 ali təhsil müəssisəsində 90 faizdən çox dolub.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri əsasən 80 faizdən çox dolub.

Əvvəlki“Cırtdan” balacaları Şuşa Teatrında yenidən qarşılayacaq
NövbətiAzərbaycan gimnastları Türkiyədə keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər