Çin orbitə üç peyki uğurla çıxarıb

Çin orbitə üç peyki uğurla çıxarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, Quanqdonq əyaləti sahillərində “Long March-11” (Çançjen-11) daşıyıcı raketinin buraxılışı Pekin vaxtı ilə saat 6:39-da (Bakı vaxtı ilə saat 2:39) reallaşıb.

“Şiyan-24C” peykləri əsasən kosmik elm və texnologiya sahəsində təcrübələr üçün nəzərdə tutulub.

ƏvvəlkiYapon kosmik aparatı Ay orbitinə daxil olub
Növbətiİsrailin Baş naziri Qəzza zolağında sülh üçün üç şərtini açıqlayıb