Yapon kosmik aparatı Ay orbitinə daxil olub

Yaponiyanın “SLIM” aya eniş aparatı Ay orbitinə uğurla buraxılıb və indi Yerin təbii peykinə gələcək eniş üçün hazırlaşır.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb.

“JAXA böyük məmnuniyyətlə Ayın kəşfiyyatı üçün eniş modulunun (SLIM) Yaponiya vaxtı ilə saat 16:51-də (Bakı vaxtı ilə 11:51-də) Ayın orbitinə uğurla buraxıldığını elan edir”, – məlumatda deyilir.

Yerin peykinin səthinə eniş gələn il yanvarın ortalarına planlaşdırılır.

ƏvvəlkiPrezident İlham Əliyev “2024 – Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar paylaşım edib
NövbətiÇin orbitə üç peyki uğurla çıxarıb