Çavuşoğlu Baydeni 1915-ci il hadisələri ilə bağlı bəyanatına görə tənqid edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Cozef Baydenin 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələrlə bağlı bəyanatına görə tənqid edib.

“Report” xəbər verir ki, bu barədə Çavuşoğlu tviterdə yazıb.

“Bəzi Qərb liderləri son günlər “soyqırımı” sözünün yalnız məhkəmə qərarından sonra istifadə oluna biləcəyini iddia edirlər. Bu doğrudur! Lakin həmin şəxslərin siyasi motivləri rəhbər tutaraq 1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı olmadan “soyqırımı” sözünü işlətməsi onların ikiüzlülüyünün ən bariz nümunəsidir”, – Çavuşoğlu bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden 1915-ci ildə Osmanlı dövlətində baş verənləri “soyqırımı” adlandırıb. Bir il əvvəl də Bayden bu hadisələri “soyqırımı” adlandıran ilk ABŞ prezidenti olub.

 

ƏvvəlkiLe Pen Fransa prezidenti seçkilərində məğlub olduğunu etiraf edib
NövbətiMakron prezident seçkilərinin ikinci turunda qalib gəlib