Baydenin təyyarəsi yaxınlığında UNO aşkar edilib

Amerika prezidenti Cozef Baydenin təyyarəsinin eniş etdiyi zaman Los-Anceles hava limanı üzərində uçan naməlum obyekt (UNO) görünüb.

“Report” xəbər verir ki, bu barədə “The New York Post” yazıb.

Hadisə dekabrın əvvəlində baş verib. Nəşrin məlumatına görə, sferik aparatı iki videoqraf aşkarlayıb. Həmin şəxslər beşinci nəsil F-35 qırıcısına yanacaq doldurulması zamanı çəkilmiş videogörüntülərdə qəribə obyekt görüblər.

Söhbət “bir nömrəli təyyarə”ni müşayiət edən obyektdən gedir. Üstəlik, həmin an Ağ Ev sahibinin özü də hava gəmisinin salonunda olub.

“Bunu da gördünüzmü? Yolumuzun üstündən nəsə uçdu. Bu odur? Haqqında danışdığımız UNO? – deyə videonun müəlliflərindən biri Coşua Solorzano bildirib.

Lakin onun qardaşı Peter Solorzano bu versiya ilə razılaşmayıb. O hesab edir ki, təyyarənin yanındakı hava şarı olub.

ƏvvəlkiDİN: Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Növbəti“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib