Cənubi Koreyada Hellouin bayramında 120 nəfər ölüb, onlarla insan xəsarət alıb

Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində Hellouin bayramı zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Yonhap”  agentliyi məlumat yayıb.

Bundan əvvəl 59 nəfərin öldüyü, azı 150 nəfərin yaralandığı bildirilirdi.

Daha əvvəl açıqlanan məlumata görə, 50-yə yaxın insanda ürək dayanması diaqnozu qoyulub.

Hadisə yerinə onlarla təcili yardım və polis əməkdaşı gəlib. Prezident Yun Sok Yol və Baş nazir Han Dok Su hadisəyə reaksiya verərək tibb mütəxəssislərini lazımi yardım göstərməyə çağırıblar.

Agentliyin məlumatına görə, şəhər meri O Se Xun Avropaya səfərini ləğv etmək qərarına gəlib. Polis şənbə günü əraziyə 100 minə yaxın insanın toplaşdığını təxmin edir.

Əvvəlki“Parabüzən” sənədli filminin təqdimatı olub
NövbətiBakıda Türkiyənin milli bayramı münasibətilə tədbir təşkil olunub