“Buta Airways”in Bakıdan Batumiyə uçan təyyarəsi Tbilisiyə təcili eniş edib

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli törəməsi – “Buta Airways” şirkətinin Bakıdan Gürcüstanın Batumi şəhərinə reys yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi ehtiyat hava limanına enməyə qərar verib.

“Report” bu barədə aviaşirkətə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Batumi hava limanı ətrafında pis hava şəraitinin olmasıdır. “Embraer 190” markalı təyyarə saat 09:40-da Tbilisidə eniş edib.

ƏvvəlkiSentyabrın 22-də Azərbaycanda COVID-19 əleyhinə 805 doza vaksin vurulub
NövbətiTütün məmulatları məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunur