Seçmə mərhələ: Çimərlik futbolu üzrə Azərbaycan millisindən ikinci qələbə

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ikinci oyuna çıxıb.

AZƏRTAC xəbər verir ki, B Liqasının B qrupunda yer alan milli Slovakiya yığması ilə qarşılaşıb.

Batumi çimərlik meydançasında reallaşan görüş komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Elçin Qasımov, Kamran Qürbətov, Ramil Əliyev və Orxan Məmmədov vurublar.

Qeyd edək ki, qrupdakı ilk oyunda İngiltərə yığmasını 8:3 hesabı ilə məğlub edən Azərbaycan millisi üçüncü matçını iyulun 17-də Latviya seçməsinə qarşı keçirəcək.

Əvvəlki“Sözün hekayəsi”: Növbəti Vaqif Poeziya Günləri şairin doğulduğu Qazax rayonundan başlayıb
NövbətiPrezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib