Tbilisinin mərkəzində torpaq sürüşməsi baş verib

Gürcüstanda yağan güclü leysan yağışları ölkə ərazisində və paytaxtda ciddi problemlər yaradıb.

AZƏRTAC xəbər verir ki, paytaxt Tbilisinin mərkəzində Vaja-Pşavela metro stansiyasının yaxınlığında torpaq sürüşməsi baş verib.

Güclü yağış nəticəsində Didi Diqomi, Aqmaşenebeli xiyabanı və Qldani də daxil olmaqla küçələr su altında qalıb.

Əvvəlki“Astana günü” münasibətilə keçirilən konsertlərdə 100 mindən çox insan iştirak edib
NövbətiTramp: ABŞ ya İranla razılaşma bağlayacaq, ya da işi axıra çatdıracaq