Azad Müəllimlər İctimai Birliyinin bullinq mövzusunda beşinci təlimi keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi “Bullinqə qarşı mübarizədə məktəb – valideyn əməkdaşlığını stimullaşdıran maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti beşinci təlim 25 avqust 2023-cü ildə Zəngilan rayonu 4 nömrəli tam orta məktəbində keçirildi.

Bullinqin aşkara çıxarılması mövzusunda keçrilən təlimdə bullinqin qarşısını almaq üçün  profilaktik tədbirlər, bullinqin nəticələrinin aradan qaldırılması və ev tapşırığı olaraq  6-ci təlimdə çəkiləcək videoçarxlar üçün ssenarilərin hazırlanması haqqında məlumat dinlənildi və bullinqlə bağlı video izlənildi. Müzakirələr aparıldı. İştirakçılar “əqli hücum” üsulundan istifadə edərək “Haradan bildik ki bu bullinqdir? Bullinqin olduğunu necə muəyyənləşdirə bilərik?” suallarını cavablandırmağa çalışdılar. Gözlənildiyindən də artıq şagird, valideyn və müəllimin iştirak etdiyi təlimdən hamı razılıq hissi ilə ayrıldı. Təlimi beynəlxalq və respublika əhəmiyyətli sertifikatları olan Bakı şəhər 35 nömrəli məktəbin müəllimi və təşkilatın təlimçisi Nüşabə Mehtiyeva aparırdı. Bir daha qeyd edək ki, təlimlər ödənişsizdir və 6 gün davam edəcək. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Əvvəlkiİqlim dəyişikliyi mövzusunda dəyirmi masa keçirildi
NövbətiGürcüstan aviaşirkəti Azərbaycana uçuşlara başlayır