İqlim dəyişikliyi mövzusunda dəyirmi masa keçirildi

24 avqust 2023 -cü il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək”İctimai Birliyinin həyata keçirdiyi “Yaşıl Masa”- ətraf mühitin qorunması üzrə vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə tədbirlərin təşkili layihəsi çərçivəsində ilk dəyirmi masa Montin Otelin konfrans zalında keçrildi.

Tədbiri Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev açaraq qonaqları salamladı. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Layihə haqqında iştirakçılara geniş məlumat verdikdən sonra sözü layihənin eksperti Sadiq Həsənova verdi. Sadiq Həsənov qlobal problem olan iqlim dəyişikliyi haqqında geniş çıxış etdi. Sonra mövzu ətrafında çıxışlar oldu.

Vətəndaş cəmiyyəti fəalları ekoloji mövzuda tədbirlərin keçrilməsinin əhəmiyyətindən danışaraq, bu, istiuqamətdə təşkilatçılara uğurlar arzuladılar.

ƏvvəlkiAzərbaycan idmançıları Beynəlxalq İdman Festivalında medallar qazanıblar
NövbətiAzad Müəllimlər İctimai Birliyinin bullinq mövzusunda beşinci təlimi keçirildi