Gürcüstan aviaşirkəti Azərbaycana uçuşlara başlayır

Gürcüstan “Geosky” aviaşirkətinin törəməsi – “Georgian Wings” beynəlxalq uçuşlara başlamağa hazırlaşır, onun ilk istiqaməti Azərbaycan olacaq.

“Report” xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Bildirilir ki, sentyabrın 6-dan Tbilisi-Bakı-Tbilisi istiqamətində aviareyslər yerinə yetiriləcək. Uçuşlar həftədə üç dəfə – çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Amma biletlər hələ satışa çıxarılmayıb.

İndiyə qədər Tbilisi-Batumi-Tbilisi marşrutu ilə həftədə 12 dəfə uçuşlar həyata keçirən “Georgian Wings” bu günlərdə 70 sərnişin tutumlu, İtaliya-Fransa istehsalı olan ATR-72 markalı təyyarə alıb. Bu da aviaşirkətə parkını böyütməklə daxili reyslərdən beynəlxalq reyslərə keçməyə imkan verəcək.

ƏvvəlkiAzad Müəllimlər İctimai Birliyinin bullinq mövzusunda beşinci təlimi keçirildi
NövbətiAzərbaycanın voleybol millisi dünya və Avropa reytinqində irəliləyib