Bu gün şahmat üzrə Azərbaycan kuboku turnirinin yarımfinalçıları müəyyənləşəcək

Fevralın 6-da şahmat üzrə Azərbaycan kuboku turnirinin dörddəbir final və yarımfinal mərhələlərinin görüşləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnirdə 12 yaşadək şahmatçılar və böyüklər əvvəlcə dörddəbir final mərhələsində mübarizə aparacaqlar. Qaliblərin mübarizə aparacaqları yarımfinal partiyalarından sonra finalçılar müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan kuboku turnirində səkkizdəbir final yarışları fevralın 5-də keçirilib. Böyüklərin yarışında Nicat Abasov, Əhməd Əhmədzadə, Aydın Süleymanlı, Abdulla Qədimbəyli, Rəhim Qasımov, Ülvi Sadıqov, Xəzər Babazadə, Fərid Mustafayev dörddəbir finala yüksəliblər. On iki yaşadək şahmatçılar arasında isə Şahin Vəliyev, Əli Süleymanov, Xaqan Əhməd, Həsən Orucov, İsmayıl Süleymanlı, Tunar Davudov, Cahandar Azadəliyev və Paşam Əlizadə növbəti mərhələyə vəsiqə qazanıblar.

Turnir Respublika Şahmat Mərkəzində keçirilir.

ƏvvəlkiEyfel qülləsinə giriş bağlandı
Növbəti“Dayazsulu Abşeron”da ilin sonunda ilk quyunun qazılmasına başlanılacaq