Eyfel qülləsinə giriş bağlandı

Fransada hökumətin təqaüd islahatına qarşı keçirilən milli tətillə bağlı bu gün Eyfel qülləsinə giriş bağlanıb.

Türk.az xəbər verir ki, bu barədə Eyfel qülləsinin “Twitter” səhifəsində qeyd olunur.

Eyni zamanda qüllə ətrafındakı ərazi pulsuz gəzintilər üçün açıqdır.

Qeyd edək ki, Eyfel qülləsinə giriş əvvəllər də tətillə əlaqədar olaraq birgünlük bağlanılmışdı.

ƏvvəlkiTəyyarə qəzasında xəsarət alanlardan biri azərbaycanlıdır
NövbətiBu gün şahmat üzrə Azərbaycan kuboku turnirinin yarımfinalçıları müəyyənləşəcək