Bu gün COVID-19 əleyhinə 57 min dozadan çox peyvənd vurulub

Sentyabrın 17-də Azərbaycanda 57 min 357 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 min 920, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 min 437 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 863 min 592, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 588 min 732, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 274 min 860 nəfər təşkil edir.

Əvvəlki“Üç qardaş – 2021” təliminin növbəti mərhələsi icra edilib
NövbətiSon sutkada Azərbaycanda koronavirus infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb