“Üç qardaş – 2021” təliminin növbəti mərhələsi icra edilib

Azərbaycan, Türkiyə və Pakistan respublikaları arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Üç qardaş – 2021” beynəlxalq təliminin növbəti mərhələsi uğurla icra olunub.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təlimin planına uyğun olaraq xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilərək bölmələrimizin müdafiəsinin dərinliyinə daxil olan şərti düşmən qruplaşmasının məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Sentyabrın 20-dək davam edəcək təlimlərin bu mərhələsində də qardaş ölkələrin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdiriblər.

ƏvvəlkiBəzi bölgələrdə şimşək çaxıb, leysan yağıb
NövbətiBu gün COVID-19 əleyhinə 57 min dozadan çox peyvənd vurulub