Bu gün Azərbaycanda koronavirusa qarşı 35 minə yaxın vaksin vurulub

Dekabrın 3-də Azərbaycanda 34 min 841 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 918, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 77, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 min 846 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 639 min 817, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 91 min 635, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 583 min 569 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 964 min 613 nəfər təşkil edir.

ƏvvəlkiSon sutkada Azərbaycanda koronavirus infeksiyasına 1703 yoluxma faktı qeydə alınıb
NövbətiƏrdoğan və Putin Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər