Bu gün Azərbaycanda COVID-19 əleyhinə 35 min dozadan çox peyvənd vurulub

Fevralın 4-də Azərbaycanda 35 min 400 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2989, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1811, “buster” doza ilə peyvənd olunanların sayı isə 30 min 600 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 149 min 831, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 242 min 827, ikinci mərhələ üzrə 4 milyon 748 min 738, vurulan “buster” doza vaksinlərin ümumi sayı isə 2 milyon 158 min 266-dır.

ƏvvəlkiNazir Şəmkirdə mədəniyyət müəssisələrinə baxış keçirib
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 7050 yoluxma faktı qeydə alınıb