Nazir Şəmkirdə mədəniyyət müəssisələrinə baxış keçirib

Mədəniyyət naziri Anar Kərimov Şəmkirdə mədəniyyət müəssisələrinə baxış keçirib.

“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov tviter hesabında yazıb.

“Şəmkirə səfərimiz çərçivəsində mədəniyyət müəssisələrimizi ziyarət etdik, vəziyyətlərinə baxış keçirərək, müəssisələrin rəhbər və işçiləri ilə görüşdük, Nazirliyin yeni baxışını və gələcək planları müzakirə etdik”, – nazir qeyd edib.

ƏvvəlkiUNESCO-nun missiyası Azərbaycan və Ermənistana göndəriləcək
NövbətiBu gün Azərbaycanda COVID-19 əleyhinə 35 min dozadan çox peyvənd vurulub