Bu gün Azərbaycanda COVID-19 əleyhinə 71 min dozadan çox vaksin vurulub

Fevralın 15-də Azərbaycanda 71 min 434 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 52, ikinci mərhələ üzrə 2 min 52, “buster” doza ilə peyvənd olunanların sayı isə 66 min 330 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 549 min 963, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 270 min 596, ikinci mərhələ üzrə 4 milyon 766 min 430, vurulan “buster” doza vaksinlərin ümumi sayı isə 2 milyon 512 min 937-dir.