Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 4687 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 4687 yoluxma faktı qeydə alınıb, 6506 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 752 min 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 696 min 565 nəfər müalicə olunaraq sağalıb, 9 min 105 nəfər vəfat edib. Aktiv xəstə sayı 46 min 935 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 682, bu günə qədər isə ümumilikdə 6 milyon 414 min 158 test icra olunub.

ƏvvəlkiBu gün Azərbaycanda COVID-19 əleyhinə 71 min dozadan çox vaksin vurulub
NövbətiCəlilabadda şəhid ailələrinə, qazilərə orden və medallar təqdim olunub